Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək

10:08 - 3 Mart 2022

2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək.

Sportal.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5-6 noyabrda gerçəkləşəcək.

​2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub.

Xəbər xətti