Əslən Azərbaycandan olan ukraynalı idmançı, yunan-roma güləşi üzrə son Olimpiya oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibov "Xəzər Xəbər"ə danışıb.
Sportal.az xəbər verir ki, Ukraynanın bir çox tanınmış idmançıları da ordu sıralarına qatılıb. Pərviz Nəsibov da istənilən durumda Kiyevi tərk etmək fikrində olmadığını söyləyib.
23 yaşlı idmançı Ağstafa rayonunda anadan olub, o, Gənclər arasında Avropa çempionu və dünya mükafatçısıdı.
