PSJ-nin direktoru: "Zidanla görüşməmişik"

11:18 - 3 Mart 2022

PSJ-nin idman direktoru Leonardo Zinəddin Zidanın baş məşqçi postuna gətirilə biləcəyi haqda çıxan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, Leonardo "AS" nəşrinə açıqlamasında fransalı mütəxəssisin namizədliyinin olmadığını deyib:

"Poçettinonun hələ 1 illik müqaviləsi qüvvədədi. Baş məşqçi dəyişikliyi haqda düşünmürük. Düzünü deyim, biz heç Zinəddin Zidan və ya baş mütəxəssislə də görüşməmişik. Poçettino Parisdə xoşbəxtdirmi? Əlbəttə. Getmək istədiyi barədə bizə heç nə deməyib".

Xəbər xətti