İspaniya millisinin sabiq üzvü Braziliyada oynaya bilər

14:28 - 3 Mart 2022

"Atletiko" və "Çelsi"nin sabiq hücumçusu Dieqo Kosta yenidən Braziliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Fənərbağça"nın transfer siyahısında yer alan təcrübəli forvard Türkiyəyə yollanmaq istəməyib.

O, Braziliyanın "Korintians" klubundan gələn təklifi dəyərləndirmək niyyətindədi. Forvard "Zenit", "Krasnodar" klublarının da maraq dairəsindədi.

Son olaraq “Atletiko Mineyro”da oynamış 33 yaşlı futbolçu İspaniyada millisinin şərəfini qoruyub.

Xəbər xətti