Azərbaycan Milli Avarçəkmə Federasiyasının adı və loqosu dəyişdirildi

14:43 - 3 Mart 2022

Azərbaycan Milli Avarçəkmə Federasiyasının adı dəyişdirilib

Sportal.az xəbər verir ki, qurum bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqosu da yenisi ilə əvəzlənib.

Xəbər xətti