FİFA və UEFA Rusiya klubları ilə müqaviləsini pozanlara cəza tətbiq etməyəcək

15:26 - 3 Mart 2022

FIFA və UEFA rəsmiləri legioner futbolçulara Rusiya klubları ilə müqaviləni ləğv etməyə icazə vermək istəyir.

Sportal.az xəbər verir ki, hər iki qurum hazırda sözügedən məsələni müzakirə edir.

Qərarın bir həftə ərzində açıqlanacağı ehtimal edilir. Müqavilələrə birtərəfli xitam verilməsinə görə FİFA və UEFA tərəfindən futbolçulara cəza tətbiq olunmayacaq.

Rusiyanı tərk etmək istəyən futbolçular İstanbul və ya Belqrad reysləri vasitəsilə ölkələrinə qayıda biləcək. 

Xəbər xətti