Mxitaryan Ermənistan millisində oynamayacaq

16:10 - 3 Mart 2022

"Roma"nın futbolçusu Henrix Mxitaryan Ermənistan millisindəki karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" hesabında paylaşım edib. O, yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

 

Xatırladaq ki, H. Mxitaryan ilk dəfə 2007-ci ilin yanvarında Ermənistan millisində çıxış edib. Ümumilikdə, erməni yarımmüdafiəçi millidə 95 oyuna çıxın və 32 qol vurub.

Xəbər xətti