Millimizin müdafiəçisi "Qarabağ"a keçəcək?

22:45 - 3 Mart 2022

Millimizin müdafiəçisi Anton Krivotsyuk yenidən Azərbaycana qayıtmaq istəyir.

Sportal.az sportinfo.az saytına istinadən xəbər verir ki, müdafiəçi "Qarabağ"a keçə bilər.

Belə ki, Plotsk klubunda problemləri olan futbolçunun Ağdam klubuna keçmək istədiyi bildirilir. Hətta yığmanın üzvünün bu məqsədlə “Qarabağ”a xəbər göndərdiyi də iddia edilir. 

Əslən Ukraynadan olan 23 yaşlı futbolçu menecerlər vasitəsilə Ağdam klubu ilə uzunmüddətli müqavilə bağlamaq istədiyini elan edib.

Xəbər xətti