"Mançester Yunayted" və İngiltərə millisinin sabiq futbolçusu Harri Nevill Superliqa layihəsi barədə danışıb
Sportal.az xəbər verir ki, ötənlərin tanınmış futbolçusu bu turnirin keçirilməsinin mümkünlüyündən söz açıb:
"Superliqa ideyası yenidən qayıdacaq. Çünki Avropanın top-klubları daha çox pul qazanmaq istəyir. Onları ümumilikdə oyunun səviyyəsi yox, sərvət düşündürür. Superliqa konsepsiyasının "öldüyünə" inanmıram. Yəqin ki, yeni formada həmin layihəni qaytaracaqlar. Amma futbol fanatları bu ideyanı bəyənməyəcək. Çünki ilk vaxtlar da həmin ideyanı dəstəkləməmişdilər".
