"Qalatasaray"ın hücumçusu üçün 10 milyon avroluq təklif

12:14 - 4 Mart 2022

"Qalatasaray"ın hücumçusu Mustafa Məhəmməd karyerasını Fransada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, misirli forvard ilə "Bordo" yaxından maraqlanır. Türkiyə mətbuatının yazdığına görə, Liqa 1 təmsilçisi 24 yaşlı futbolçu üçün 10 milyon avroluq təklif etməyə hazırlaşır.

 

Qeyd edək ki, "Qalatasaray" Mustafa Məhəmmədi 2021-ci ilin yanvar ayında "Zamalek" klubundan transfer edib. Misir yığmasının üzvünün İstanbul təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti