Region Liqasında hakimi vuran futbolçuya 14 oyunluq cəza verildi

15:46 - 4 Mart 2022

“Mil”in futbolçusu Kamal Qasımova ağır cəza verilib.

 

Sportal.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.

 

Qurum Region Liqasının “Mil” – “Ağsu Siti” oyunundan sonra baş verənləri müzakirə edib. Matç bitdikdən sonra hakimlər briqadasını təhqir edən, referini vuran Kamal Qasımov 14 oyunluq diskvalifikasiya olunub.

Xəbər xətti