Portuqaliya millisinin üzvü "Barselona"ya keçir

16:09 - 4 Mart 2022

“Vulverhempton”un futbolçusu Ruben Neveş “Barselona” ilə danışıq aparır.

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu mövsüm sonunda İngiltərə klubunu tərk edəcək.

Portuqaliya millisinin üzvünün Kataloniya təmsilçisinə keçidə razılıq verdiyi bildirilir.

24 yaşlı futbolçu "Porto" yetirməsidi və 2017-ci ildən "Vulverhempton"da oynayır. 

Xəbər xətti