"Mançester Yunayted"in forvardı 270 min avroya təyyarə kirayələdi

16:45 - 16 Aprel 2023

"Mançester Yunayted"in hücumçusu Markus Raşfordun nişanlısı Lusiya Loi ilə Nyu-Yorka romantik səfər etmək üçün kirayələdiyi təyyarəyə nə qədər pul xərclədiyi bəlli olub.

Sportal.az "Mirror"a istinadən xəbər verir ki, Reşford adətən 125-dən çox sərnişin daşıya bilən Boinq 737 təyyarəsinə görə 270 min avro ödəyib. 

Nyu-Yorka səfər mart ayında, hücumçu zədə səbəbindən İngiltərə yığmasının düşərgəsini tərk edərkən baş tutub.

Reşford və Loinin 25 yaşı var. 15 yaşında tanış olan Cütlük ötən il nişanlanıb. Markus Nyu-Yorkun Mərkəzi Parkı da daxil olmaqla, sosial mediada səfərin fotolarını yerləşdirib.Reşford bu mövsüm bütün turnirlərdə "Mançester Yunayted"in heyətində 47 oyuna çıxıb, 28 qol vurub, 10 məhsuldar ötürmə edib.

Xəbər xətti