Elmar Baxşıyev: "Komanda şəklində gündən-günə daha yaxşı olmağa çalışacağıq"

09:09 - 20 İyul 2023

Türkiyədə təşkil olunan təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirən “Qəbələ” Şimali Makedoniyanın “Qostivar” klubu ilə görüşüb.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: 

“Təlim-məşq toplanışı çərçivəsində üç oyun keçirməyi planlaşdırırdıq. Bunu da gerçəkləşdirdik. Hazırlıq prosesini zədəsiz başa vurmağımız sevindiricidir. Ən önəmli faktorlardan biri də budur. Bu üç matçın faydalı olduğunu düşünürəm. Bütövlükdə toplanış da bizim üçün faydalı alındı. Çünki komanda yenidir və bu müddətdə futbolçular bir-birinə daha da uyğunlaşdılar. Ümumilikdə üç görüşü dəyərləndirsək, komanda hər qarşılaşmada hansısa bir aspektdə inkişaf etdi. Bu, bizi sevindirir. “Omoniya” ilə ilk matça qədər bir az da vaxtımız var. Düşünürəm ki, həmin müddətdən daha da yaxşı istifadə edəcək və futbolçuları ilk görüşə hazırlayacağıq. Seçdiyimiz oyunçular daha artığını edəcəyi ilə bağlı siqnal verir. Matçdan-matça daha məzmunlu, daha keyfiyyətli futbol nümayiş etdirəcəyik. Komanda şəklində gündən-günə daha yaxşı olmağa çalışacağıq”.

Xəbər xətti