"Sabah" "Qəbələ"yə qarşı

16:04 - 23 Mart 2024

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən yararlanan "Sabah" hazırlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Premyer Liqanın autsayderi olan "Qəbələ" ilə qarşılaşacaq. Matç bu gün 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd edək ki, "Sabah" Premyer Liqada 27 turdan sonra 40 xalla 2-ci, "Qəbələ" isə 16 xalla sonuncu yerdədir.

Xəbər xətti