"Azərreyl" Azərbaycan çempionu oldu

18:53 - 23 Aprel 2024

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Sportal.az xəbər verir ki, Yüksək Liqanın final matçında “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.

Son iki mövsümün çempionlarının dueli gərgin mübarizə şəraitində keçib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmanın taleyi 4 setdə həll olunub. Ötən mövsümün çempionu “Azərreyl” 3:1 hesablı qələbə ilə titulunu qoruyub.

Qeyd edək ki, qadınların çempionatında 3-cü yeri “Gəncə”yə üç setdə qalib gələn “Murov Az Terminal” tutub.

Xəbər xətti