Gürcüstan millisinin üzvü avrokuboklarda oynamaq üçün İspaniyanı tərk edəcək

20:46 - 24 Aprel 2024

"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili Çempionlar Liqası və ya Avropa Liqasında oynamaq üçün "Valensiya"nı tərk etməyi planlaşdırır. 

Sportal.az xəbər verir ki, 32 turdan sonra "Valensiya" 47 xalla səkkizinci yerdə qərarlaşıb ki, bu da onun növbəti 2024/2025 mövsümündə avrokuboklarda iştirakını təmin etmir. 

“AS” nəşrinin yaydığı məlumata görə, “yarasalar” 23 yaşlı gürcü qapıçını 20 milyon avroya satmağa hazırdır. Daha əvvəl mətbuatda “Milan”ın Mamardaşvilinin xidmətində maraqlı olduğu haqda məlumatlar yayılmışdı. Gürcü 2021-ci ildə 850 min avro qarşılığında “Dinamo”dan (Tbilisi) "Valensiya"ya keçib. 

Bu mövsüm qapıçı 32 oyun keçirib, 34 qol buraxıb və 12 görüşdə qapısını toxunulmaz saxlaya bilib. Onun yayda komandasını dəyişəcəyi gözlənilir.

Xəbər xətti