"Atletiko" Argentina millisinin üzvünü transfer edəcək

18:42 - 24 Aprel 2024

"Sevilya"nın yarımmüdafiəçisi Lukas Okampos yayda komandasını dəyişəcək. 

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı "Atletiko"nun transfer siyahısındadır.  

Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin Okamposu komandasına gətirməyə razı saldığı iddia edilir.

Əndəlusiya təmsilçisi isə 29 yaşlı futbolçu üçün 12 milyon avro tələb edəcək. 

Bu mövsüm 29 matça çıxan Okampos 4 qol vurub və 2 asist edib. "River Pleyt", "Monako", "Marsel", "Cenoa", "Milan", "Ayaks" komandalarının da formasını geyinən vinger Argentina millisinin də üzvüdür.

Xəbər xətti