"Qarabağ" "Neftçi"ni yenə məğlub etdi, finala vəsiqə qazandı - VİDEO

23:44 - 24 Aprel 2024

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ" - "Neftçi" cavab oyununda Ağdam təmsilçisi yenə rəqibinə qalib gəlib.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk oyunda olduğu kimi, rəqibinə 4 qol vurub. 

Finala vəsiqəni rəsmiləşdirən "Qarabağ" "Zirə"yə rəqib olub.

Xəbər xətti