"Sabah" bölgələrdə istedadlar axtaracaq

11:48 - 25 Aprel 2024

“Sabah” Futbol Akademiyası “Azerlotereya”nın təşkilatçılığı ilə bölgələrdə seçimlərə başlayır.

Sportal.az xəbər verir ki, akademiyanın məşqçilər heyəti 29-30 aprel tarixlərində, Tərtər şəhərində 2010-2015-ci il təvəllüdlü uşaqlar arasında seçimlər edəcəklər.

Seçimlər saat 11:00-da, Tərtər Olimpiya İdman Kompleksində keçiriləcək və Tərtərlə yanaşı, Ağcəbədi, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edəcək.

Qeyd edilmiş rayonlardan uşaqların gətirilməsi üçün avtobuslar ayrılacaq.

Xəbər xətti