"Milan" millinin italiyalı məşqçisini istəyir

12:49 - 25 Aprel 2024

"Milan"ın baş məşqçisi postuna daha bir namizədin adı bəlli olub.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" Belçika millisinin çalışdırıcısı Domeniko Tedesko ilə danışıq aparırlar. 

Stefano Pioli ilə yollarını ayıracaq "Milan" artıq bir neçə mütəxəssislə görüşüb. Onlar arasında real namizədlərdən biri Tedeskodur. 

Amma qarşı tərəfdən hələ ki, konkret cavab verilməyib. İtaliyalı mütəxəssis "Erzgebirge Aue", "Şalke", "Spartak", "Leyptsiq"də işləyib.

Xəbər xətti