Premyer Liqa nəgəngləri "Real"ın müdafiəçisini transfer etmək istəyir

15:17 - 25 Aprel 2024

"Real"ın müdafiəçisi Ferlan Mendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

London təmsilçisi 28 yaşlı sol cinah müdafiəçini heyətinə qatmaq üçün yayda "Real"la danışıqlara başlayacaq. "Liverpul", "Mançester Yunayted" və "Nyukasl" da təcrübəli oyunçu ilə maraqlanır.

Qeyd edək ki, "Real" Ferlan Mendini 2019-cu ilin yayında "Lion"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti