Braziliya millisinin üzvü "Mançester Siti"yə keçir

12:49 - 26 Aprel 2024

"Mançester Siti" yayda heyətini braziliyalı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "şəhərlilər" "Nyukasl"ın üzvü olan Bruno Gimarayeşi heyətinə qatmaq istəyir.

Braziliya millisinin üzvü isə hələ ki, yekun qərarını verməyib.

"Nyukasl" Bruno üçün 93 milyon avro tələb edir. O, bu mövsüm 45 oyunda 4 qol vurub, 8 asist edib. 

26 yaşlı futbolçu 2022-ci ildə "Lion"dan "Nyukasl"a keçib və o, hazırkı komandasına 2028-ci il iyunun 30-na qədər məxsusdur.

Xəbər xətti