Bölgə klubunun baş məşqçisinə 5 oyunluq cəza verildi

22:35 - 26 Aprel 2024

Bu gün AFFA İntizam Komitəsinin icıası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda II Liqanın XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Cəbrayıl” – “Baku Sportinq” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” klubu 80 manat cərimə edilir (maddə 74.1);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda “Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilir. Analoji hal təkrar yaşanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə “Kürmük Qax” klubuna xəbərdarlıq edilir (maddə 73.3, 11);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kürmük Qax” – “Sheki City” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 51.2);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununun 49-cu dəqiqəsində “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanır, “Ağdaş” klubu 400 manat cərimə edilir (maddə 43.4);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununun 86-cı dəqiqəsində “Ağdaş” klubunun 17 nömrəli futbolçusu Ramal Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);

22.04.2024-cü il tarixində II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Qusar” – “Şəfa” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 85-ci dəqiqəsində “Dinamo” klubunun 7 nömrəli futbolçusu Fərid Eyvazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Dinamo” klubu 150 manat cərimə edilir (maddə 39.1);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 89-cu dəqiqəsində “Dinamo” klubunun 22 nömrəli futbolçusu İman Müseyibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” klubu 50 manat cərimə edilir (maddə 36.5);

23.04.2024-cü il tarixində II Liqada XXII turun “Dinamo” – “Şahdağ Qusar” oyununun 19-cu dəqiqəsində “Şahdağ Qusar” klubunun 12 nömrəli futbolçusu Rafiq Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 80 manat cərimə edilir (maddə 41);

Xəbər xətti