İtaliya A Seriyasını tərk edən ilk komanda bəlli oldu

12:53 - 27 Aprel 2024

2023/2024 mövsümündə İtaliya A Seriyasını tərk edən ilk komanda məlum olub.

Sportal.az xəbər verir ki, mövsümün bitməsinə 4 tur qalmış "Salernitana"nın elitanı tərk edəcəyi dəqiqləşib.

Salerno təmsilçisi çempionatın 34-cü turunda doğma meydanda "Frozinone"yə 0:3 hesabı ilə məğlub olub. Stefano Kolantuononun rəhbərlik etdiyi kollektiv 17-ci pillədəki rəqibindən 16 xal geri qalır.

Xəbər xətti