"Yuventus"dan 15 milyon avroluq transfer

20:59 - 7 May 2024

"Yuventus" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Montsa"nın qapıçısı Mişel Di Qreqorionun keçidini yekunlaşdırıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Yuventus" 26 yaşlı qolkiper üçün 15 milyon avro və əlavə bonuslar ödəyəcək. "Ağ-qaralar" italiyalı "əlcək sahibi" ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Mişel Di Qreqorio bu mövsüm "Montsa"nın heyətində meydana çıxdığı 33 rəsmi matçda 35 qol buraxıb. O, 14 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti