31 yaşlı baş məşqçi istefaya göndərildi

16:50 - 2 May 2024

Fransa çempionatında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Reyms" Uill Stillə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Uill Still 2022-ci ilin oktyabr ayından "Reyms"i çalışdırırdı. Komanda belçikalı məşqçinin rəhbərliyi altında keçirdiyi 65 rəsmi matçda 26 qələbə qazanıb, 17 heç-heçə edib, 22 dəfə isə məğlub olub.

Xəbər xətti