Joze Mourinyo təkliflər gözləyir

18:55 - 2 May 2024

"Roma"dan ayrıldıqdan sonra işsiz olan Joze Mourinyo gələcəyi barədə açıqlama verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qısa zaman ərzində məşqçiliyə qayıtmaq istədiyini və təklifləri gözlədiyini bildirib:

"Hələ ki, bir layihəm yoxdur. Nə olacağını bilmirəm. Çətin karyeram olub. Qazanmaq üçün yaradılmamış komandalarda belə insanların hər zaman məndən qələbə gözlədiyini bilirəm. Son iki ildə avrokuboklarda iki dəfə final oynadım. Çox fasilə vermədən məşqçiliyə qayıtmaq istəyirəm. İşimi görməyəndə xoşbəxt ola bilmirəm. Harada işləyəcəyimi hələ ki, bilmirəm. Ancaq yaxşı məşq bazası olan hər hansı klubda çalışa bilərəm".

Qeyd edək ki, Joze Mourinyo bu ilin yanvar ayında "Roma"nın baş məşqçisi postundan istefaya göndərilib.

Xəbər xətti