Çempionlar Liqasında finalın ilk iştirakçısı bəlli olur

10:50 - 7 May 2024

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilir.

Sportal.az xəbər verir ki, bu gün PSJ doğma meydanda "Borussiya"nı qəbul edəcək. Matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Komandalar arasında Dortmundda keçirilən ilk oyun almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər finalçının adına sabah baş tutacaq "Real" - "Bavariya" matçından sonra aydınlıq gələcək.

Çempionlar Liqası 

23:00. PSJ - "Borussiya"

Xəbər xətti