"Şəmkir" "Kürmük Qax"ı darmadağın etdi - VİDEO

13:16 - 7 May 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXIII turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Kürmük Qax" doğma meydanda "Şəmkir"i qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Şəmkir" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 14 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.

“Kürmük Qax" - "Şəmkir" 0:4

Qollar: İlkin Əliyev, 5, 54, Məzahir Əhmədov, 27, Sahib Cümşüdov, 66

Xəbər xətti