Karlo Ançelotti: "Bavariya" ilk oyunda bizdən daha yaxşı idi"

15:50 - 7 May 2024

"Real" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Bavariya"nı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti matçdan söncə keçirilən mətbuat konfransında açıqlama verib. İtalyan mütəxəssis ilk oyunda rəqibin daha yaxşı oynadığını bildirib:

"Sabah əlimizdən gələni etməliyik. Yenə bir final oynamaq şansımız var. Yarımfinalın çətin olduğunu bilirik, amma motivasiyalıyıq. "Real" və "Bavariya" bir-birinə çox oxşardır. Biz "Bavariya"ya çox hörmət edirik. Onlar ilk oyunda bizdən daha yaxşı idilər”.

Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması sabah saat 23:00-da baş tutacaq. Komandalar arasında Almaniyada keçirilmiş ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Xəbər xətti