"Neftçi" - "Kəpəz" oyununun biletləri satışda

16:40 - 7 May 2024

Azərbaycan Premyer Liqasının 34-cü turunun “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/.../sport/neftci-pfk-kepez-pfk-23/118228

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması 10 may tarixində, saat 19:00-da start götürəcək.

Xəbər xətti