Konfrans Liqası: İlk finalçı bəlli olacaq

11:18 - 8 May 2024

Bu gün UEFA Konfrans Liqasında final mərhələsinə yüksələcək ilk komandanın adı dəqiqləşəcək. 

Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Fiorentina" "Brügge"nin qonağı olacaq.

Matça Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Qeyd edək ki, İtaliyadakı ilk oyunda "Fiorentina" 3:2 qalib gəlmişdi.

Xəbər xətti