"Çelsi" sloveniyalı forvard üçün hərəkətə keçdi

16:47 - 8 May 2024

"Çelsi" Almaniya Bundesliqasında çıxış edən hücumçunu heyətinə qatacaq. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, “zadəganlar” “Leyptsiq”dən Benjamin Şeşkonu transfer etmək niyyətindədir.

20 yaşlı futbolçu da İngiltərəyə yollanmağa müsbət yanaşır. 

"Leyptsiq" sloveniyalı forvard üçün qarşı tərəfdən 70 milyon avro tələb edəcək. 

Şeşko bu mövsüm 12 qol vurub, 2 məhsuldar ötürmə edib. 

Xəbər xətti