"Zenit" Türkiyə klubunda çıxış edən forvardı transfer edəcək

13:47 - 1 May 2025

“Zenit” Türkiyədə “Rizespor” forması geyinən Ali Sou ilə müqavilə imzalamaq istəyir.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Qambiya millisinin forvardı üçün “Rostov”la danışıqlara start verib. Buna səbəb odur ki, Sou “Rostov”a məxsusdur. 

Yayda keçidin reallaşacağı gözlənilir.

O, karyerası ərzində “Kyevo”, “Peskara”, “Latina”, “Modena”, “Leççe”, “Prato”, “Vibonese”(hamısı İtaliya), “Skenderbeu”(Albaniya), ÇSKA(Sofiya, Bolqarıstan), “Ankaragücü”(Türkiyə) klublarında oynayıb.
 

Xəbər xətti