Uşaq evlərinin komandaları arasında “Dostluq Kuboku” keçiriləcək

19:11 - 1 May 2025

AFFA-nın təşkilatçılığı ilə uşaq evlərinin 10-12 və 13-15 yaş arası oğlan və qızlardan ibarət komandaları arasında “Dostluq Kuboku” minifutbol turniri keçiriləcək.

Sportal.az xəbər verir ki, mayın 4-də Bakı Tennis Akademiyasının meydançasında baş tutacaq tədbirdə Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evləri sosial xidmət müəssisələrində yaşayan uşaqlardan ibarət komandalar iştirak edəcəklər. Hər iki yaş qrupu üzrə 3 komanda – “Şahinlər”, “Birlik” və “Zəfər” mübarizə aparacaq.

Turnirin keçirilməsində əsas məqsəd uşaq evlərində yaşayan uşaqların komanda ruhunun və sosial bacarıqların inkişaf etdirilməsi, sağlam həyat tərzinin və fiziki fəallığın təbliği, uşaqlara müsbət emosiyalar, motivasiya bəxş etməkdir.

Xəbər xətti