Haaland ümumi qrupla məşqlərə başlayıb - 1 ay sonra

22:23 - 1 May 2025

Erlinq Haaland ümumi qrupla məşqlərə qayıdıb.

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu sonuncu dəfə 30 martda meydana çıxmışdı. O vaxtdan bəri sol topuq zədəsinə görə oynamırdı.

Bu mövsüm Haaland Premyer Liqada 28 oyunda iştirak edib və 21 qol vurub ki, bu da, "Mançester Siti"də ən yüksək göstəricidir.

Xəbər xətti