"Yuventus" İtaliya millisinin üzvü ilə müqavilə imzalayacaq

18:20 - 1 May 2025

"Yuventus" müdafiəçisi Federiko Qattini uzun müddət komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi italyan futbolçunun müqaviləsinin müddətini uzadacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub. Qatti ilə 2030-cu ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. 26 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 2 milyon avro olacaq.

Qeyd edək ki, "Yuventus" Federiko Qattini 2022-ci ilin yanvar ayında "Frozinone"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti