"Mançester Yunayted" transferdə "Barselona" və "Real"a rəqib oldu

16:13 - 1 May 2025

Mövsümün sonunda "Bayer"lə müqaviləsi başa çatan Conatan Ta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" yayda azad agent statusunda olacaq almaniyalı müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə"Sky Sports" televiziyası məlumat yayıb.

"Qırmızı şeytanlar" Ta ilə danışıqlara başlamağa hazırlaşır.

"Real" və "Barselona" da 29 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.

Qeyd edək ki, Conatan Ta 2015-ci ilin yayından "Bayer"də çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti