"Turan-Tovuz” və “Şamaxı”nın sabiq hücumçusu Belajdi Pusi yayda Misli Premyer Liqasına qayıda bilər.
Sportal.az saytına verilən məlumata görə, alban hücumçu bu barədə qəti qərarını verib.
Pusinin hazırkı komandası “Fakel” artıq Rusiya Premyer Liqasını tərk edib. Forvard Rusiya birinci divizionunda oynamaq istəyində deyil. O, yenidən Premyer Liqamızda çıxış etmək niyyətindədir.
Belajdi klublarımızdan gələcək təklifi dəyərləndirəcək. “Fakel” 27 turdan sonra 16 xalla 16-cı pillədədir.
saytlarin hazirlanmasi