Baş hakim projektor olmayan stadionda işıqları yandırmağı tələb edib - Şamaxıda qəribə olay

17:24 - 5 May 2025

Premyer Liqanın son turu çərçivəsində keçirilən "Şamaxı" - "Səbail" oyununda maraqlı hadisə baş verib. Sportal.az saytının əldə etdiyi məlumata görə, görüşün baş hakimi projektor olmayan stadionda işıqların yandırılmasını tələb edib. 

Elçin Məsiyev ikinci hissənin gedişində istəyini dördüncü hakimə çatdırıb. Təbii ki, onun bu tələbi klub tərəfindən qarşılanmayıb. Dördüncü hakimə xatırlatma ediblər ki, Şamaxı stadionunda işıqlandırma sistemi yoxdur. 

Xəbər xətti