Qurban Qurbanov 15 yaşlı futbolçuya şans verdi - FOTO

19:46 - 4 May 2025

"Qarabağ" Misli Premyer Liqasının 33-cü turunda "Sumqayıt"la qarşılaşır.

Sportal.az xəbər verir ki, hazırda davam edən oyunda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov gənc futbolçuya şans verib.

15 yaşlı Amin Rzayev 83-cü dəqiqədə meydana daxil olub. Gənc müdafiəçi bununla da Premyer Liqada debüt edib.


Xəbər xətti