"Zirə" - "Turan Tovuz: hər iki komanda matça itkilərlə çıxacaq

17:22 - 2 May 2025

Misli Premyer Liqasının 33-cü turunda üz-üzə gələcək “Zirə” və “Turan-Tovuz” matça itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, Hacıağa Hacılı, Fuad Bayramov və Yusuf Laval zədə səbəbindən “Zirə”yə kömək etməyəcək.

“Turan Tovuz”da isə zədə səbəbindən Şəhriyar Əliyev, Jo Batista və Rüfət Əhmədov meydanda olmayacaq.

Aleks Serrano isə diskvalifikasiya edildiyi üçün qonaqların heyətində yer almayacaq “Zirə" – “Turan Tovuz” matçı bu gün Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

Xəbər xətti