Millimizin üzvünün komandası bu məşqçiyə tapşırıldı

12:46 - 2 May 2025

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” rəhbərliyi baş məşqçi Tuncay Şanlının istefasını nəzərə alaraq komandaya kimin rəhbərlik edəcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, birinci liqanın son iki turunda komandaya Şanlının keçmiş köməkçilərindən Can Güçer başçılıq edəcək.

Hazırda “Çorum” 51 xalla 13-cü pillədədir.

Xəbər xətti