"Zirə"nin vingeri Salifu Suma Rusiyanın "Spartak"(Moskva) klubuna keçməyəcək.
Sportal.az Rusiyanın “Евро-Футбол.Ру” portalına istinadən xəbər verir ki, 21 yaşlı qvineyalı Moskva klubunun maraq dairəsində deyil.
Rus həmkarlarımızın yazdığına inansaq, "Spartak" bu yay həmin mövqe üçün transferlər etməyi planlaşdırmır.
Amma Qvineya və Fransa mətbuatı Sumanın yayda "Spartak"a keçə biləcəyini iddia edirdi.
Əlavə edək ki, "Ludoqorets"in Salifu üçün "Zirə"yə rəsmi təklif göndərdiyi bildirilir.