"Qarabağ"ın qapıçısı məşqlərə qoşuldu

15:47 - 2 May 2025

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev məşqlərə qoşulub.

Sportal.az xəbər verir ki, təcrübəli qolkiper fərdi məşqlərə başlayıb.

Millimizin üzvü martın sonunda Belarusa qarşı keçirilmiş yoldaşlıq oyunu öncəsi aldığı zədəyə görə müalicə edilirdi.

Məhəmmədəliyev müalicəsini ölkə xaricində keçib.

Onun qarşıdakı həftə kollektivlə məşqlərə də qoşulacağı gözlənilir.

Xəbər xətti