"Yuventus" ABŞ millisinin üzvü ilə müqavilə imzalayacaq

19:04 - 3 May 2025

"Yuventus" gələn ilin yayında klubla müqaviləsi başa çatan Ueston Makkenni uzun müddət komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi amerikalı yarımmüdafiəçinin sözləşməsinin müddətini uzadacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub. 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına kimi artırılacaq.

Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2020-ci ildə "Şalke"dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti