"Qalatasaray"ın futbolçusu Qabriel Sara İngiltərə Premyer Liqasının iddialı klublarının transfer siyahısında yer alıb.
Sportal.az xəbər verir ki, "Aston Villa", "Mançester Siti", "Nottingem Forest", "Everton" və "Vulverhempton" braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Caughtoffside" məlumat yayıb.
"Qalatasaray" Saranı satmaq istəmir. Lakin İstanbul klubu 40 milyon avroluq təklif gələcəyi təqdirdə fikrini dəyişəcək və oyunçusunu satacaq.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı mövsümün əvvəlində İngiltərənin "Norviç Siti" klubundan 18 milyon avroya transfer edib. 26 yaşlı yarımmüdafiəşi "sarı-qırmızılar"ın heyətində keçirdiyi 41 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi