La Liqanın 34-cü turu çərçivəsində "Barselona" səfərdə "Valyadolid"lə qarşılaşır (ilk hissə 1:0 hesabı ilə yekunlaşıb).
Sportal.az xəbər verir ki, Kataloniya klubunun heyətində müdafiəçi Andreas Kristensen oyuna start heyətində başlayıb. Zədələr səbəbilə danimarkalı futbolçu sonuncu dəfə 2024-cü ilin mayında "Sevilya" ilə görüşdə (2:1) start heyətində çıxış etmişdi.
Bundan əlavə, bu gün "Barselona"nın əsas komandasında akademiya yetirməsi Dani Rodriqes debüt edib. 19 yaşlı yarımmüdafiəçi ilk dəfə əsas komandanın formasını geyinib.
Həmçinin qapıçı Mark-Andre ter Ştegen də diz zədəsindən sonra meydana qayıdıb. Alman qolkiper sentyabr ayından bəri oynamırdı.
saytlarin hazirlanmasi