"Milan" "Arsenal"a 35 milyon avro təklif edəcək

17:52 - 3 May 2025

"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Milan" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Millan Live" məlumat yayıb.

A Seriyası nəhəngi Kalafiori üçün "Arsenal"la danışıqlara başlamağa hazırlaşır. "Milan" 22 yaşlı sol cinah müdafiəçisi üçün London klubuna 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Arsenal" Rikkardo Kalafiorini mövsümün əvvəlində "Bolonya"dan transfer edib. İtaliya millisinin üzvü "topçular"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti